Universal təndir mikslərimiz artıq satışda!

08.09.2021

Besting şirkəti çörəkçiləri sevindirməyə davam edir!

Bu şirkəti mənəvi kapital adlandırdığı işçi kollektivini seçərkən vicdanlı və işini sevən insanların olmasına xüsusi diqqət yetirmişdir.

Məhz bu baxımdan da çox qısa bir müddətdə kollektivin işinə həvəsli və peşəkar yanaşmasının nəticəsi olaraq şirkət təqdim etdiyi məhsulların dadına və keyfiyyətinə görə yerli bazarda kifayət qədər müştəri cəlb edə bilmişdir. Besting şirkəti daima təbii xammalları bir araya toplayıb və daha da mükəmməlləşdirərək xüsusi məhsullar təqdim etməyə davam edir, bu da öz növbəsində insanların sağlam qidalanmasını təmin edir.

Belə ki, Besting kollektivi Sizin sağlamlığınızı düşünərək sizlər üçün keyfiyyətlə vitaminləri bir araya gətirdi və milli dadı qoruyaraq Universal Təndir Mikslərini yaratdı!

Bu miksin unikallığı onun yeni tərkibində təndirinizə möhtəşəm dad və fərqlilik qatacaq olan müxtəlif çeşidli otlar, ədvalar və toxumların olmasıdır.

Vaxtınıza qənaət etməyiniz üçün hazırlanan qarışıq toxumlu təndir çörək miksi, kəpəkli təndir çörək miksi, ədvalı təndir çörək miksi, qarışıq otlu təndir çörək miksi və qara təndir çörək miksi artıq satışdadır!

Bütün məhsullarda olduğu kimi bu mikslərin də tərkibində yalnız təbii seçilmiş xammallardan istifadə edilib!

Hər zaman yeni texnologiyalar tətbiq edən Besting şirkəti bundan sonra da müştərilərin istifadəsinə yeni məhsullar təqdim edəcək.

Digər məhsullarımız kimi, bu miksimizin də rahat istifadə qaydası var. Qısa zamanda standart keyfiyyətli məhsulu müştərilərinizə təqdim edə biləcəksiniz. Bu mikslər müştərilərin əvəzsiz seçiminə çevriləcək!