Yeni Çiabatta miksimiz bazara çıxdı!

08.09.2021

Xüsusi dadı sevənləri bu xəbər çox sevindirəcək !

Bildiyiniz kimi Besting ailəsi yarandığı gündən bəri yerli bazarı keyfiyyətli məhsullarla təmin etmək vəzifəsini üzərinə götürmüşdür. Burada hər zaman müştəri istəklərinə uyğun xidmət göstərilməsi başlıca məqsədlərdən biridir. Operativ işləyən və peşəkar xidmət göstərən Besting kollektivi hər zaman müştərilərinin etimadını doğrultmaq üçün dayanmadan çalışır. İnsanların keyfiyyətli məhsulla təmin olunması üçün şirkət məhsul çeşidlərini maksimum artırmaq və genişləndirmək niyyətindədir. Məhz bu baxımdan da Besting şirkəti daima yeniliklər etməklə, məhsul çeşidlərini artırmağa davam edir. Hər an üzərində çalışaraq dünyadakı yenilikləri istehsal, məhsul və xidmətə tətbiq edir.

Hər zaman olduğu kimi komanda missiyasına sadiq qalıb insanların sağlamlığını düşünərək Besting məhsulu olan Sadə və Qara Çiabatta Mikslərini yaratdı.

Ənənəvi İtalyan mətbəxindən olan bu klassika olduqca qədim və möhtəşəm dada malik bir çörək çeşididir. Besting şirkəti ən yaxşı xammallardan hazırlanan keyfiyyətli məhsullarını və texnoloji dəstəyi birləşdirərək yüksək səviyyədə xidmət ilə Sizin çörək sahənizdə yeganə köməkçiniz olmağa iddialıdır!

Yüksək texnoloji keyfiyyət özünü xususi ilə  ləzzətli Çiabatta çörək miksində biruzə verir. Digər məhsullar kimi, bu miksin də olduqca rahat istifadə qaydası var. Belə ki, siz qısa zamanda standart keyfiyyətli çiabatta çörəklərini müştərilərinizə təqdim edə biləcəksiniz.
İtaliya-Toskana mənşəli Çiabatta çörəyi yumşaq toxuması, çıtır qabığı və məsaməli quruluşu ilə sizin yeganə seçiminizə çevriləcək.

Yalnız faydalı xüsusiyyətləri deyil, həmçinin populyarlığı ilə də seçilən bu çörək xüsusi dadı ilə sizin üçün əvəzolunmaz bir məhsul olacaq!

Əsl ləzzəti bizimlə dadın!