Pəhriz zamanı şokolad yemək olarmı?

03.06.2020

Əgər Siz həqiqi şokolad sevərsinizsə, o zaman pəhriz saxlamağın Sizin üçün nə qədər çətin olduğunu deməyimizə ehtiyac yoxdur.

Əslinə qalsa, sağlamlığınızda ciddi problemlər yoxdursa, hər gün bir az şokolad yemək Sizə zərər verməz. Hər şey şokoladın miqdarından asılıdır.

Diyetoloqlar deyirlər ki, hansı pəhrizdə olmağınızdan asılı olmayaraq, şokolad yemək pəhrizinizi pozmaz. Özünüzə əzab verməkdənsə, balaca şokolad plitəsi yemək daha yaxşıdır. Əgər siz qidalanmanızı ciddi şəkildə məhdudlaşdırmaq əvəzinə qədərində yeməyə başlasanız, özünüzü pəhriz zamanı daha yaxşı hiss edəcəksiniz.

Pəhrizdə olarkən ən ideal şokolad seçimi məhz tünd şokoladdır. Tünd şokoladda kalori miqdarı minimal olsa da, tərkibində faydalı elementlər çoxdur. Ağ və südlü şokoladın pəhriz zamanı istifadə edilməməsi məsləhətdir. Çünki onların tərkibi bədəndə yağ əmələ gətirən sürətli karbohidratlarla zəngindir. Tünd şokolad isə maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa kömək edir. Bundan əlavə, tünd şokolad xoşbəxtlik hormonu olan endorfinin mənbəyidir.

Pəhriz zamanı tünd şokolad necə seçilməlidir?

Tünd şokolad alarkən, tərkibindəki kakao tozunun miqdarına diqqət yetirin. Bu miqdar ən azı 55%, idealda 70% olmalıdır. Bundan əlavə, məhsulda süni qatqı və ya dadlandırıcı maddələr olmamalıdır. Şokoladı yeməmişdən öncə rənginin tünd qəhvəyi rəng olmasına fikir verin. Əgər plitələnin üzərində ağ ləkələr varsa, bu məhsulun pis şəraitdə saxlanılmasına işarətdir.

Şokolad necə yeyilməlidir?

Diyetoloqlar şokoladı az-az yeməyi tövsiyə edirlər. Sağlamlıq problemi olmayan yetkin kişilər və qadınlar üçün 30-50 qram tünd şokolad gündəlik norma sayılır. Bu da plitənin yarısı qədərdir. Şokoladı səhər saatlarında yeməkdə fayda var. Səhərlər yağ və karbohidratlar orqanizmə ən yaxşı şəkildə hopur və bədənin hemoqlobin sintezini yaxşılaşdırır. BESTING şokoladlarının faydalı tərkibi pəhriz desertlərinin əvəzolunmaz məhsuluna çevrilib.

Şokoladın bədəninizə faydalı olması üçün onu düzgün şəkildə istifadə etmək məsləhət görülür. Nuş olsun!