Besting 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir. Bazarın inkişaf tempi istiqamətində irəliləmək və bazarı keyfiyyətli məhsul ilə təmin etmək əsas vəzifəmiz olaraq təyin edilib. Çörək və qənnadı istehsalçılarının güvənli tərəfdaşı olmaqla onlara kreativ ideyalar, dünyada bu sektorda yaranan yeni trendlər, yeni reseptlər, yeni konseptlərin hazırlanması üzrə məsləhətçi və köməkçi kimi fəaliyyət göstəririk. Daima istehsalçılara yaxın mövqe tutmaqla yaranan bütün istehsal problemlərində onlara dəstək olmaq şirkətimizin əsas vəzifələrindən biridir. Xidmət sektorumuzun professional işçi heyəti Azərbaycan və onun hüdudlarından kənarda olan çörək və şirniyyat ustalarına hər zaman dəstək verməkdədir. Biz ən yaxşı xammallardan hazırlanan keyfiyyətli məhsullarımızı texnoloji dəstəyimizlə birləşdirərək yüksək səviyyədə xidmətimizlə Sizin qənnadı və çörək sahəsində güvənli köməkçinizik!

33Məhsul
22Çörək
11Kilo un