Qaymağımızın üstünlükləri

Bütün qənnadçılar bilir ki, tort, desert və bu kimi şirniyyatların dadına bilavasitə təsir edən xammallardan biri qaymaqdır. Bir neçə misal gətirək. Məsələn, qaymağın çox şəkərli olması tortun tərkibinə vurulan şokoladla birləşdikdə son məhsulu ifrat dərəcədə şəkərli edir ki, bu da müştəri tərəfindən müsbət qarşılanmır. Digər tərəfdən qaymağın şəkəri az miqdarda olarsa turş meyvələrlə (vişnə, moruq və s.) birləşdikdə tortun şirinliyi az olur və bu da eyni zamanda müştərilərə xoş gəlməyə bilər. Bizim təqdim etdiyimiz qaymağın tərkibində gərəkən miqdarda şəkər əlavəsi vardır ki, bu da ustaya öz məharətini göstərməyə imkan yaradır. Belə ki, qaymağımıza 40% -ə qədər şəkərli sirop əlavə edilə bilir, və bu da öz növbəsində məhsulun həcminin daha çox artmasına səbəb olur. Biz Sizə nəinki əvəzolunmaz dad, həmçinin də ekonomik məhsul təklif edirik.

Qaymaq
Qaymaq
Qaymaq
Qaymaq

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

Müraciət formu