Məhsullarınızı necə əldə etmək olar?

Məhsullarımızı satış nümayəndələrimizə sifariş etməklə və yaxud ofisə zəng vasitəsilə, ya da Əlaqə bölməsində qeyd olunan e-mail üzrə müraciət məktubu göndərməklə əldə etmək olar.

Çatdırılma hansı müddətə həyata keçirilir?

Sifarişlər götürüldüyü gündən sonrakı gün ünvana çatdırılma edilir.

Məhsul nümunələri ödənişlidirmi?

1kq-dan az olan məhsullar tamamilə ödənişsizdir.

İstifadə qaydasını hardan öyrənə bilərik?

İstifadə qaydası hər məshulun etiketinin üzərində qeyd edilib, kütləvi istehsalat sahələrində isə reseptə tətbiq qaydası şirkətimizin demo ustaları tərəfindən həmin istehsal sahəsində 1-7 gün müddətində keçirilən məhsul nümayişi zamanı təqdim edilir.

Məhsulun keyfiyyəti qane etməzsə geri qaytarmaq mümkündürmü?

Əgər məhsulun keyfiyyətində istehsal prosesindən qaynaqlanan hər hansı bir uyğunsuzluq aşkarlanarsa, məhsulu geri qaytarmaq mümkündür. Biz sizə eyni miqdarda məhsulu tamamən ödənişsiz əvəz edirik!

Bölgələrə çatdırılma varmı?

Bölgələrə topdan çatdırılma mövcuddur.