“Besting" qida xammalları Alman standartlarına tam cavab verir

22.06.2020

“Besting şirkətinin istesal etdiyi qida xammalları Alman standartlarına tam cavab verir”

Şirkət yarandığı zamandan bəri məhsullarının qida dəyərini yaxşılaşdırmaq və bazarı keyfiyyətli məhsullarla təmin etmək üçün yorulmadan çalışır. Dövrümüzdə qida məhsullarının əksəriyyəti texnologiyada yüksək dərəcədə emal olunduğuna görə məhsulun bioloji, təbii maddələri öz keyfiyyətini itirir. Bütün bunları düşünərək Besting şirkəti insan sağlamlığı və uzunömürlüyü üçün keyfiyyətli qida xammallarını istehsal etməyi əsas missiya olaraq seçdi. Şirkətin qida mühəndisi Həvva Uğurun sözlərinə görə elmi nəzəriyyəyə əsaslanaraq məhsulların keyfiyyət tərkibi, xassələri, saxlanma şəraiti, emalı təyin edilir.

Qida mühəndisi həmçinin bildirib ki, şirkətin məhsulları Almaniyada şirkətlərin birində laboratoriyadan müsbət cavab almışdır. Belə ki, cavabda yazılır ki, “Besting mikslərinin tərkibi insan orqanizmi üçün faydalı elementlərlə, təbii liflə, karbohidartlarla zəngindir”.

Bu bizim uğurumuzdur, bu xəbər yeni innovativ məhsulları yaratmağımız üçün bizi ruhlandırır, gücümüzə güc qatır. Bu müvəffəqiyyətləri əldə etməyimizdə böyük rolu olan istehsalat komandamız bu sahədə öz biliklərini hər gün artıraraq yeni məhsullar, yeni planlar haqqında düşünür. Komandamız dünyada baş verən yenilikləri araşdırır, müştərilərimizin əsas gözləntilərini təmin etmək üçün çalışır.

Həmçinin müştərilərimizi sevindiricək daha bir xəbəri paylaşmaq istəyirik. Belə ki, qısa zamanda bizim əksər məhsullarımızı marketlərdən əldə edə biləcəklər. Məhsulun xüsusi qablaşması bir neçə dəfə istifadə edib, məhsulu hava keçirmədən bağlı saxlamağa imkan verir. Qablaşmalarımız qida standartlarına cavab verir və hər bir məhsula uyğun seçilmişdir.

Bu hələ son deyil. 2020-ci ildə çörəkçilər, şirniyyatçılar üçün daha çox yeniliklər yaratmaq üçün çalışırıq. Besting olaraq insan orqanizminin sağlam qidalanması üçün lazım olan mineral və vitaminlərlə zəngin, yeni texnologiyalara əsaslanan yeni məhsullarla təmin edəcəyik.