Gluten-Free məhsulları artıq satışda!

08.09.2021

Gluten-Free məhsulları artıq satışda!

Məhsulları istehsal edərkən müştəri məmnuniyyəti və keyfiyyət dəyərlərini əsas götürürən Besting şirkəti, qida və qida xammalları istehsalçıları arasında lider olmaq iddiasını hər məhsul çeşidində əks etdirir!

Bu dəfə də Besting komandası ənənəvi missiyanı qoruyub saxlayaraq insanların sağlamlığı üçün vacib olan Gluten-Free məhsullarını hazırlayıb ərsəyə gətirdi.
Məhsulları müştərilərin süfrəsinə yüksək keyfiyyətdə gətirməyi özünə borc bilən peşəkar heyətin hazırladığı qlütensiz Qarabaşaq unu, Qarğıdalı unu, Düyü unu məhsullarını sizlərə təqdim edirik!

İnsanların sağlam qidalanmasını təmin edə bilmək üçün Besting şirkəti daima təbii xammalları bir araya toplayıb və daha da mükəmməlləşdirərək xüsusi məhsullar hazırlayır.

Bildiyiniz kimi ən geniş yayılmış xəstəliklər siyahısında ön sıralarda dayanan xəstəliklər mədə-bağırsaq, şəkərli diabet və piylənmədir. Bu xəstəliyə sahib olan insanlar həkimlərin məsləhəti və nəzarəti altında pəhriz saxlayırlar. Bu pəhrizdə məhsulların qlütensiz olmasına xüsusi diqqət yetirilir. Başqa sözlə desək, Gluten-Free pəhrizi ilə xəstəliyin bir çox əlamətlərini aradan qaldırmaq mümkün olur. Qeyd edək ki, uşaqlar arasında ən geniş yayılmış Autizm xəstəliyinin müalicəsində də Gluten-Free məhsullarının istifadəsinə böyük üstünlük verilir.

Bütün bunları nəzərə alaraq Besting şirkəti Sizə Gluten-Free unlarını hazırladı. Hər bir məhsul ayrı-ayrılıqda insan orqanizmi üçün olduqca vacib və faydalıdır.