Bu gün yerli bazarda gördüyünüz və dadına baxdığınız geniş çeşidli bütün qida məhsulları bir vaxtlar fərqli insanların təxəyyülünün nəticəsində formalaşmışdır. Duzlu və ya istiotlu şokolad, kakos dadında kruasan, qarışıq taxıllı çörək və s kimi dadlar ilk əvvəl fikir, daha sonra isə məhsul olaraq reallaşdırılaraq bazara təqdim olunmuşdur. Azərbaycanda bu sahənin inkişaf etməmə səbəbi uzun müddət SSRİ-nin tərkib hissəsində olması və ГОСТ standartlarından kənara çıxa bilməməsidir. Bu məqamın illər keçməsinə baxmayaraq bir çox şirkətlərdə yeniliklərə açıq olmama, hər şeyə skeptik yanaşılma kimi yanlış stereotiplər formalaşdırdı. Belə olan halda isə yeni məhsulların, məhsul çeşidlərinin yaradılmasından söhbət gedə bilməzdi.
Besting şirkəti olaraq biz də yerli bazarda gördüyümüz işlər məhz bunun üzərində qurulmuşdur. Təqdim etdiyimiz ARGE xidməti də məhz yeni məhsul və ya reseptura yaratmaq istəyən, cari məhsulunun çeşidlərinin artırılmasını planlayan, o cümlədən bir məhsul üzrə üzləşdiyi problemin araşdırılmasını istəyən sahibkarlar üçün nəzərdə tutulmuşdur.
Niyə ARGE xidməti autsours olunmalıdır?
Şirkətlər öz mütəxəssislərini özləri yetişdirməyi üstün tutduqları halda bu prosesdə zaman, maliyyə və trend faktorunu unudurlar. Bir mütəxəssisin formalaşması üçün şirkətin sərf edəcəyi zaman 4-5 il, xərcləyəcəyi vəsait isə 50 - 100K USD arasında dəyişir. Bundan əlavə gələcək mütəxəssisin oxuduğu zamanda trend və texnologiyada durmadan inkişaf edir. Sözügedən bu faktorları nəzərə aldıqda şirkətlərin ARGE xidmətini autsors etmələri onlar üçün daha əlverişlidir.